HAQQIMIZDA

"Bakı Yem" MMC

" "Bakı Yem" MMC kənd təsərrüfatı sahəsində etibarlı və keyfiyyətli xidmət verən, müasir texnologiyalara sahib, insan və əməyə xidmət edən müəssisədir. Hər il böyüməkdə davam edən və hazırki dövr kənd təsərrüfatının əsas sektorlarından sayılan yemçilik sektorunda qabaqcıl fabrikalardan biri olan “Bakı Yem Fabriki” iribuynuzlu, xırdabuynuzlu və quş yemləri üzrə müxtəlif çeşiddə yem istehsalı və satışını həyata keçirməkdədir. Fabrikamız ölkənin dörd bir yanında satış nöqtələrini yaratmaqla bərabər, ölkə sərhədlərindən kənarda da ixracat fəaliyyəti göstərməkdədir. Biz, keyfiyyət standartını əsas tutaraq, təcrübəli mütəxəssis heyətimiz ilə müasir texnologiya standartlarına riayət edib işlərimizi təkmilləşdiririk.
Müntəzəm olaraq bol, düzgün və tam dəyərli yemləmə nəticəsində az məhsul verən heyvanların məhsuldarlığını yüksəltmək olar. Düzgün tərtib edilmiş rasionda zülallar, karbonhidratlar, yağlar, mineral maddələr, vitaminlər olmalıdır. Ona görə də gündəlik rasion müxtəlif miqdarda qaba, şirəli və qüvvəli yemlərdən tərtib edilir. Bu yöndə bizim təklif etdiyimiz müxtəlif çeşiddə yem növləri kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən zəhmətkeşlər üçün əvəzolunmazdır. Yemlərimiz müştərilərimizin ehtiyacı doğrultusunda dəyişik növdə; pələt, qranul və incə toz formalarda istehsal olunur.
Cəmiyyət istehsalında xüsusi yem tərkiblərindən başqa, istehsal zamanı istifadə olunan xammal məhsulları; arpa, buğda, qarğıdalı, günəbaxan, soya yağı, soya şrotu həm yerli fermerlərdən, həm də müəssisəmizə məxsus əkin sahələrindən tədarük edilir. Bunun üçün ölkənin bir çox kənd təsərrüfat təyinatlı bölgələrində taxıl, qarğıdalı və bir çox bitkilər üzrə əkin sahələri yaradılıb. Qeyd edək ki, istehsal olunan malın böyük hissəsinin daxili bazarda satışının reallaşması ilə yanaşı, böyük quşçuluq, heyvandarlıq, iri fermer təsərrüfatları və ailə fermer təsərrüfatları təşkil edirik. İstehsal olunan hazır yem məhsulları, müasir avadanlıqlarla təchiz olunan və müasir standartlara cavab verən fabrikamıza məxsus labaratoriyada analiz edilərək satışa buraxılır. Bununla yanaşı xammal kimi istifadə olunan məhsullar üzrə laboratoriya testləri aparıldıqdan sonra istehsala istifadəyə verilir.
Hədəfimiz, ixrac potensialını maksimuma yüksəltməklə xarici bazara inteqrasiya etmək, yemçilik sektorunda müasir və ekoloji cəhətdən beynəlxalq standartlara cavab verərək istehsal davamlılığı və əhalinin məşğulluğunun səmərəliyini artırmaq, eyni zamanda kənd təsərrüfatının inkişafına dəstək verməkdir.

İşimizdə əkdiyimiz keyfiyyət toxumlarını əməkdaşlığa çevirmək, keyfiyyətimizi Azərbaycanın dörd bir tərəfinə yaymaq üçün varıq!
Sizlərdə min bir əmək, min bir zəhmət, doğru yem və bol bərəkətin bir parçası olun!

Həyət toyuq yemi - 2

Toz, pələt və granul formada hazırlanır. Tərkibi enerji, amin turşuları, yağlı toxum cecesi...

ƏTRAFLI

Həyət toyuq yemi -1

Üç formada istehsal olunur: toz, pələt və granul. Quru maddə, enerji, bitki mənşəli yağlar, mərmər...

ƏTRAFLI

Kənd toyuq yumurta yemi

Toz, pələt, granul olaraq üç formada hazırlanır. Tərkibi cücə artımını üçün lazım olan enerji, amin...

ƏTRAFLI

Quzu böyütmə yemi

Pələt və granul formada istehsal olunur. Enerji, amin turşuları, taxıl məhsulları, sənaye məhsulları...

ƏTRAFLI